Ukrayna ordusunun azərbaycanlı hərbçisi itkin düşüb.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Gülmalıyev Zamiq Şakir oğlu Donetsk vilayəti istiqamətində itkin düşüb.
Ukraynanın İvano-Frankovsk şəhərində yaşamış və buradan orduya yazılan Z. Gülmalıyevlə həm hərbi hissəsi, həm də yaxınları bir həftədən çoxdur əlaqə saxlaya bilmir.
İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov "Report"ta bildirib ki, şəhər hərbi komissarlığından onlara da rəsmən bildirilib ki, hərbçi ilə cəbhə xəttində əlaqə itib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:58 / 18.04.2025
Ukraynada azərbaycanlı hərbçi itkin düşdü – FOTO
Hazırda oxunan: Ukraynada azərbaycanlı hərbçi itkin düşdü – FOTO
Hazırda oxunan: Ukraynada azərbaycanlı hərbçi itkin düşdü – FOTO
244852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.