Paris Amerika Beynəlxalq Universitetindən vacib SEMİNAR – Tələbələr üçün Avropada təhsil FÜRSƏTİ – FOTO

Paris Amerika Beynəlxalq Universitetindən vacib SEMİNAR – Tələbələr üçün Avropada təhsil FÜRSƏTİ – FOTO

Hazırda oxunan: Paris Amerika Beynəlxalq Universitetindən vacib SEMİNAR – Tələbələr üçün Avropada təhsil FÜRSƏTİ – FOTO

244846

Paris American International University (PAIU) Bakıda universitet tələbələri üçün onlayn və distant öyrənməyin üsulları barədə seminar keçirib.

Bizim.Media xəbər verir ki, seminar tələbələrlə tanış olmaq, onlara akademik fəaliyyətlərində dəstək olmaq baxımından mühüm imkan yaradır.

Sözügedən universitetin koordinatoru Hazal Köseda jurnalistlərə açıqlamasında tələbələrlə daha sıx əlaqələr qurmaq, təhsil imkanlarını təbliğ etmək və regionda əməkdaşlığı gücləndirmək üçün Bakıda səfərdə olduqlarını vurğulayıb.

“Yerli təhsil müəssisələri ilə davamlı əməkdaşlığın inkişaf etdirilməsi bu səfərin əsas məqsədlərindən biridir.


Bundan sonrakı dönəmlərdə workshoplarımız baş tutacaq. Hazırda xaricdən peşəkarları dəvət edərək yerli tələbələr üçün nəzərdə tutduğumuz tədris proqramları üzərində çalışırıq. Biz tələbələrimizə çevik, layihə əsaslı və fərdiləşdirilmiş öyrənmə imkanları təqdim edən öyrənmə modeli ilə keyfiyyətli təhsili hər kəs üçün əlçatan etməyi hədəfləyirik. 

Biznesin idarə edilməsi, idarətmə, marketinq, data, kibertəhlükəsizlik sahələri arasında daha sıx əməkdaşlıq qururuq. Hazırki mərhələdə tədris ingilis və türk dilindədir. Lakin növbəti illərdə digər dilləri də əlavə etməyi düşünürük. Tədris proqramları çərçivəsində tələbələrimiz Avropaya çıxmaq fürsəti də əldə etmiş olur. Eyni zamanda Dubayda mövcud olan korpusda hibrid tədris metodundan faydalana bilirlər. Məlum olduğu kimi, bəzi tələbələr işlərindən dolayı əyani təhsil ala bilmir”,- o deyib.


Qeyd edək ki, Paris Amerika Beynəlxalq Universiteti (PAIU) Fransada yerləşən innovativ ali təhsil müəssisəsidir.


Universitet təhsil sistemini Fransanın ali təhsil çərçivəsinə uyğun qurub, bakalavr, magistr və doktorantura səviyyələrində müxtəlif proqramlar təklif edir.








Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO