Şəhid Münasib Mehdiyev Samuxda DƏFN olundu – FOTO

Şəhid Münasib Mehdiyev Samuxda DƏFN olundu – FOTO

Hazırda oxunan: Şəhid Münasib Mehdiyev Samuxda DƏFN olundu – FOTO

244842

Samux şəhidi 32 il sonra doğma kəndində dəfn olundu. 

Qalıqları Ağdərə rayonunun Artek kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş, sonradan şəhid olduğu bilinən Samux rayon Qovlarsarı kənd sakini Münasib Mehdiyevlə vida mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, vida mərasimi şəhidimizin böyüyüb başa çatdığı Qovlarsarı kəndində gerçəkləşib.

Mərasimində şəhidin doğmaları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

1975-ci ildə anadan olan Münasib Mehdiyev 1992-ci ildə hərbi xidmətə yollanıb. O, Ağdərədə düşmənə qarşı xüsusi qəhrəmanlıqla döyüşüb. Həmin ilin iyul ayında itkin düşüb. 1997-ci ildə onun şəhid olduğu məlum olub.


Subay olan M. Mehdiyevə sonradan şəhidlik statusu verilib.










Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO