"Yollar yaxşıdır, yağış çox oldu" deyən deputat: "Reytinq naminədir..."

"Yollar yaxşıdır, yağış çox oldu" deyən deputat: "Reytinq naminədir..."

Hazırda oxunan: "Yollar yaxşıdır, yağış çox oldu" deyən deputat: "Reytinq naminədir..."

244829

Yağıntıların Bakıda yaratdığı problemlərin ardından deputat Aydın Hüseynovun vəziyyətlə bağlı fikirləri sosial şəbəkələrdə müzakirə yaradıb.

Bizim.Media “ajans.az”a istinadən xəbər verir ki, deputatın “Ölkəmizdəki yollar ən keyfiyyətli yollar sırasındadır. Yağış çox güclü yağdı. Avropa, Amerikada da bu proseslər olur” fikirləri sosial şəbəkələrdə reaksiyaya səbəb olub.

Mövzu ilə bağlı Aydın Hüseynov bildirib ki, sosial şəbəkələrdə bu müzakirələri reytinq naminə edirlər:
 

“Sosial şəbəkədə hansısa reytinq naminə müzakirələri yox, real olanı demək lazımdır. Azərbaycanın bütün yollarında problem yarandı? Yollarımıza qiyməti beynəlxalq reytinq qurumları verir, biz öz dəyərimizi niyə azaltmalıyıq?


Bakı çox böyükdür, yağışdan sonra problemlər hansı sahələrdə oldu? Onun adını çəkək, ümumi yollarımızın neçə faizini təşkil edir? Kimsə demir ki, hər şey ideal şəkildədir. Problem yaranan yollar varsa, dövlət qurumları təhlil edir və problemin aradan qaldırılması üçün tədbir görür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO