9-cu siniflərin buraxılış imtahanının nəticələri açıqlandı

9-cu siniflərin buraxılış imtahanının nəticələri açıqlandı

Hazırda oxunan: 9-cu siniflərin buraxılış imtahanının nəticələri açıqlandı

24477

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 9-10 iyun 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə eservices.dim.gov.az daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan dili” üzrə ikinci imtahanın vaxtı açıqlandı


Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 43638 nəfərdən 762 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 17 iyun tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14-16 iyun tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
 

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur.


Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO