Lənkəranda avtomobil kanala düşdü, qadın sürücü xəsarət aldı - FOTO

Lənkəranda avtomobil kanala düşdü, qadın sürücü xəsarət aldı - FOTO

Hazırda oxunan: Lənkəranda avtomobil kanala düşdü, qadın sürücü xəsarət aldı - FOTO

244724

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib,  avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında Səttərxan küçəsində qeydə alınıb. 
 

Lənkəran sakini, 1987-ci il təvəllüdlü Ülkər Əziz qızı Əsədova idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında nəzarəti itirib. Nəticədə maşın yol kənarındakı suötürücü kanala düşüb.


Qəza zamanı qadın sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Bundan əlavə, avtomobilin aşması nəticəsində kanalın üzərindən keçən yüksək təzyiqli qaz xətti də qismən zədələnib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.








Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO