Sürücülər imtahan verdilər, 1 268 iştirakçı uğur qazandı

Sürücülər imtahan verdilər, 1 268 iştirakçı uğur qazandı

Hazırda oxunan: Sürücülər imtahan verdilər, 1 268 iştirakçı uğur qazandı

244718

Bu gün taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün növbəti test imtahanı keçirilib.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1 470 namizəd qeydiyyatdan keçib. Onlardan 1 407 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 210 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
 

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 44 namizəd iştirak edib və 34 nəfər müvəffəqiyyət qazanıb.


Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 33 namizəd iştirak edib və 24 nəfər müvəffəqiyyət qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 18 və 21 aprel saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO