Gəncədə ikimərtəbəli binada YANĞIN OLDU - VİDEO

Gəncədə ikimərtəbəli binada YANĞIN OLDU - VİDEO

Hazırda oxunan: Gəncədə ikimərtəbəli binada YANĞIN OLDU - VİDEO

244716

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
 

İlkin məlumata görə, iki mərtəbəli binanın ikinci mərtəbəsində anidən alov başlayıb. Yanğını söndürmək üçün əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili və 20-ə yaxın canlı qüvvəsi cəlb olunub.


Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və yanğının digər tikililərə keçməsinin qarşısını alınıb.

Hadisənin elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO