Kərim Vəliyev Slovakiyada hərbi şirkətlərin fəaliyyətini izlədi - FOTO

Kərim Vəliyev Slovakiyada hərbi şirkətlərin fəaliyyətini izlədi - FOTO

Hazırda oxunan: Kərim Vəliyev Slovakiyada hərbi şirkətlərin fəaliyyətini izlədi - FOTO

244707

Slovakiyaya rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə birlikdə bu ölkənin müdafiə sənayesi şirkətlərini və hərbi təlim mərkəzini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə hərbi şirkətlərin fəaliyyəti, istehsal olunan silah və hərbi təyinatlı məhsullar barədə brifinqlər təqdim olunduqdan sonra ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
 

Elə həmin gün Azərbaycan nümayəndə heyəti Zahorie Hərbi-Texniki və Hərbi Sınaq İnstitutu və Slovakiya Müdafiə Nazirliyinin “Leşt” Təlim Mərkəzində olub.


Azərbaycan nümayəndə heyətinə institutun fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra silahlanmada olan hərbi texnika nümayiş etdirilib.

Sonra “Leşt” hərbi təlim mərkəzinin fəaliyyəti barədə məlumat verilib, təhlükəsizlik məsələləri müzakirə olunub, Slovakiya Silahlı Qüvvələrinin inkişafına dair brifinq təqdim edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO