Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb, habelə sel sularındakı avtomobillərin sudan çıxarılması təmin edilib.
Hazırda Bakı şəhəri, həmçinin Xızı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Yevlax və Salyan rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
Qeyd edək ki, FHN-nin əməliyyat çəkilişində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda suda batan avtomobilin çıxarılma anı da öz əksini tapıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:42 / 17.04.2025
Ödənişli yolda suda batan maşının çıxarılma anı – VİDEO
Hazırda oxunan: Ödənişli yolda suda batan maşının çıxarılma anı – VİDEO
Hazırda oxunan: Ödənişli yolda suda batan maşının çıxarılma anı – VİDEO
244701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.