Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.
Bizim.Media xəbər verir ki, B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Jurnalistlər binasındakı mənzillər özəlləşdirilir? - RƏSMİ
Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli də hazırda həbsdədir. O, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsəməkdə ittiham olunur.
Bizim.Media