Dünən dərsə getməyən tələbələrin qayıbları SİLİNƏCƏK?

Dünən dərsə getməyən tələbələrin qayıbları SİLİNƏCƏK?

Hazırda oxunan: Dünən dərsə getməyən tələbələrin qayıbları SİLİNƏCƏK?

244687

Aprelin 16-da müşahidə olunan qeyri-sabit hava şəraitiylə bağlı Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müəyyən xəbərdarlıqlar etdi.  Edilən çağırışlara zərurət olmadığı halda yaşayış yerini tərk etməmək də daxil idi. Ancaq orta və ali təhsil müəssisələrində dərsə gedə bilməyən şagirdlər və tələbələr oldu.
 

Qayıb yazıldığı üçün onlar məcbur olub evdən çıxdılar. Əlbəttə, bu hal bəzi narazılıqlara səbəb oldu ki,  əgər evdən çıxmamaqla bağlı xəbərdarlıq varsa, həmçinin yağış suları bürüyən bəzi yollar qapalıdırsa, nə üçün uzaq məsafədə qalan tələbələrə, şagirdlərə qayıb yazılır?


Maraqlıdır, belə hallarda təhsil müəssisələri tələbələrə hansısa güzəştlər etməlidirlər?

Bizim.Media məsələ ilə bağlı Milli Məclisin “Elm və təhsil” komitəsinin üzvü Ceyhun Məmmədovun fikirlərini öyrənib. Onun fikrincə tələbələr də bu hallardan sui-istifadə etməməlidirlər:

“Məndə olan məlumata görə universitetlərimiz bu məsələni nəzərə alırlar, tələbələrə bəzi güzəştlər edirlər. Şagirdlər, tələbələr də bundan düzgün istifadə etməlidirlər”,-deyə o qeyd edib.

Millət vəkili  yaranmış şəraitdə dərsə gedə bilməyən tələbələrə qayıb yazılmasına belə münasibət bildirib:

“Onda Sibirdə, Antarktidada heç kəs dərsə getməməlidir. Burada balans gözlənilməlidir, hamı da buna əməl edilməlidir. Hər dəfə küləyə, qara görə dərsləri dayandırsaq, onda gərək heç kim universitetə getməsin. Mümkün qədər baxılır, bəzi yerlər nəzərə almayıbsa, bu onların hüququdur”.

Qeyd edək ki, aprelin 16-da yağan güclü yağış nəticəsində şəhərdaxil və şəhərətrafı ərazilərə işləyən marşrutların intervalında ciddi gecikmələr olub. Hətta saatlarla avtobus gözləyənlər olub. Bu azmış kimi bəzi avtobusların içərisinə su dolduğu üçün sərnişinlər çətinliklər yaşayıblar. Bu səbəbdən şagird və tələbələr dərsə gecikiblər, bəziləri isə ümumiyyətlə mənzilbaşına çata bilməyib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO