Günəbaxan yağı BAHALAŞIR - Qiymətlər son 16 ayın ZİRVƏSİNDƏ

Günəbaxan yağı BAHALAŞIR - Qiymətlər son 16 ayın ZİRVƏSİNDƏ

Hazırda oxunan: Günəbaxan yağı BAHALAŞIR - Qiymətlər son 16 ayın ZİRVƏSİNDƏ

244669

2025-ci ilin mart ayında günəbaxan yağının Avropa bazarında 1 tonunun qiyməti əvvəlki ayla müqayisədə 0.7% artaraq 1220 ABŞ dollarından 1228 ABŞ dollarına yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin dərc etdiyi yeni konyunktur hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, son bir il ərzində günəbaxan yağı bazarında qiymət dinamikası qeyri-müəyyən olub. 2024-cü ilin mart ayında 951 ABŞ dolları olan qiymət noyabrda pik həddə – 1267 dollaradək yüksəlib. Bu artımdan sonra isə qiymətlər nisbətən stabilləşərək 1200-1230 ABŞ dolları arasında dəyişib.
 

2022-2025-ci illər üzrə müqayisəli təhlillər göstərir ki, 2022-ci ildə günəbaxan yağının qiyməti 1651 ABŞ dolları ilə ən yüksək səviyyədə olub. 2023-cü ildə bu göstərici 1007 dollaradək enib. 2024-cü ilin ikinci yarısından başlayaraq qiymətlərdə tədricən artım müşahidə olunub. 2025-ci ilin birinci rübündə isə qiymət 1218 dollar səviyyəsində qərarlaşıb.


Bazar müşahidəçiləri bu qiymət artımını həm tədarük zəncirindəki qlobal dəyişikliklər, həm də regional istehsal və ixracat faktorları ilə əlaqələndirirlər. Bununla belə, tendensiyanın sabit və davamlı olub-olmayacağı növbəti ayların statistikası ilə aydınlaşacaq. (Bakıvaxtı.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO