Türkiyənin daxili işlər naziri Ali Yerlikaya narkotik vasitələrin satışı və yayılması ilə məşğul olan şəxslərə qarşı növbəti genişmiqyaslı əməliyyatın başladığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, altı ay ərzində hazırlıq işləri aparılan “Narkokapkan-Ankara” kod adlı əməliyyat çərçivəsində paytaxt bölgəsində ümumilikdə 525 şübhəli saxlanılıb.
Nazirin sözlərinə görə, əməliyyatın əsas məqsədi gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısını almaq olub.
O əlavə edib:
“Ankara vilayətində 626 müxtəlif ünvanda həbslər aprelin 17-də səhər tezdən başlayıb. Əməliyyat Türkiyə Cümhuriyyəti tarixində ən genişmiqyaslı tədbir olub. Bu əməliyyatda 4768 polis əməkdaşı və 40 xidməti iti olan kinoloq briqadası iştirak edib. Həmçinin 4 ədəd PUA-dan istifadə edilib”.
Hüquq-mühafizə orqanlarının bütün hərəkətləri prokurorluq orqanları ilə razılaşdırılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:26 / 17.04.2025
Narkotik satan 525 nəfər TUTULDU - Genişmiqyaslı ƏMƏLİYYAT
Hazırda oxunan: Narkotik satan 525 nəfər TUTULDU - Genişmiqyaslı ƏMƏLİYYAT
Hazırda oxunan: Narkotik satan 525 nəfər TUTULDU - Genişmiqyaslı ƏMƏLİYYAT
244664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.