Qaradağda uçan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Qaradağda uçan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Qaradağda uçan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

244656

İntensiv yağıntılar nəticəsində sel suları Qaradağ rayonu ərazisində Səngəçal-Ceyildağ avtomobil yolunun üzərində yerləşən körpüdə fəsadlar törədib.

Bizim.Media xəbər verir ki, nəticədə qəsəbənin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Baş vermiş hadisə ilə bağlı oxu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli faktı təsdiqləyib.

"Körpünün bir hissəsi uçub. Hazırda əməkdaşlarımız tərəfindən körpünün yanından alternativ yolun çəkilməsi işləri həyata keçirilir.

Körpü tam bərpa olunana qədər vətəndaşlar həmin alternativ yoldan istifadə edə biləcəklər", - deyə A.Nəcəfli bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO