KÜLƏYİN FƏSADI: Bakıda 368 ağac sınıb

KÜLƏYİN FƏSADI: Bakıda 368 ağac sınıb

Hazırda oxunan: KÜLƏYİN FƏSADI: Bakıda 368 ağac sınıb

244652

Bakı və Abşeron yarımadasında ardıcıl iki gün güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejimində çalışırlar.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi verib.

Bildirilib ki, aprel ayının 15-dən başlayan leysanla müşahidə edilən şiddətli küləyin sürəti saatda 90 km-ə çatıb və şəhərin müxtəlif rayonlarında 368 ağacın sınmasına, 55-dən çox ağacın budaqlarının qırılmasına səbəb olub:

"Qeyd edilməlidir ki, dünyanın bir sıra şəhərlərində olduğu kimi, Bakı şəhərində də torpağın yarımsəhra iqlim şəraitinə malik olması, torpaq qatının nazikliyi bəzi hallarda ağacların kök sisteminin zəif inkişafına gətirib çıxarır. Bu da güclü külək qarşısında ağacların dözümlülüyünü zəiflədir, leysan xarakterli yağış isə bu prosesi daha da sürətləndirir.

Həmçinin təsadüfi deyil ki, Bakıda aşan ağacların əksəriyyəti 1960-70-ci illərdə əkilib və aşma səbəbindən biri də yaşlarının həddindən çox olmasıdır.

Bütün gecə və hazırkı vaxtda qırılan ağacların birliyin əməkdaşları tərəfindən kəsilməsi, zədələnənlərin budanması və ərazinin təmizlənməsi işləri aparılır. Eyni zamanda, şiddətli külək nəticəsində zədələnmiş, aşma təhlükəsi olan ağaclara aqrotexniki qulluq göstərilir, dayanıqlılığının artırılması üçün dirəklər verilir və bərpası istiqamətində işlər həyata keçirilir.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş iş rejimində işlərini davam etdirir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO