Bu şəxslər vergi hesabatı VERMƏYƏCƏK

Bu şəxslər vergi hesabatı VERMƏYƏCƏK

Hazırda oxunan: Bu şəxslər vergi hesabatı VERMƏYƏCƏK

244649

Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məşğul olmalarını təşviq etmək, onların iqtisadi fəaliyyətini stimullaşdırmaq məqsədilə Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Qanuna dəyişikliklər edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla gəlirlərini vergi orqanına bəyan etməli və hesablanmış vergiləri dövlət büdcəsinə ödəməlidirlər.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin gəlirlərinin aşağı dərəcə ilə vergiyə cəlb olunması, həmçinin onlara münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi nəzərdə tutulur.
 

Bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdikləri gəlirlərdən xərclər çıxılmadan 2 faiz həcmində ödəmə mənbəyində vergi həmin agentlik tərəfindən tutularaq bəyan ediləcək.


Beləliklə, əlilliyi olan şəxslərin vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesabatları təqdim etmək və digər inzibati prosedurları həyata keçirmək öhdəliyi yaranmayacaq.

Eyni zamanda, "Sosial sığorta haqqında" Qanunda edilmiş dəyişikliyə görə, həmin şəxslərin DOST Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO