Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.
Bizim.Media “ölkə.az”a istinadən xəbər verir ki, söküntü işləri Babək küçəsi, ev 23 ünvanında, Frunze küçəsi, ev 16 ünvanında , 6-cı Mədən küçəsi, ev 38 ünvanında, Məmmədəliyev küçəsi, ev 32 ünvanında və Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.
Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.
Dövlət qurumu sözügedən xidmətin alınması üçün 64.298,41 manat pul ayırıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:27 / 17.04.2025
Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR
Hazırda oxunan: Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR
Hazırda oxunan: Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR
244647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.