Şuşada indiyədək 27-dən çox abidə bərpa olunub, digərlərinin isə bərpa prosesi davam edir.
Şuşadakı məscidlərin bir çoxu dağıdılıb və bəzilərinin yerlərini müəyyənləşdirmək belə mümkün deyil.
Bizim.Media xəbər verir ki, bu sözləri Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov aprelin 17-də Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.
O qeyd edib ki, Şuşa tarixi olaraq məhəllə sistemi üzrə təşkil olunmuşdu – burada 17 məhəllə mövcud idi:
“Hər məhəllənin öz məscidi və meydanı var idi. Təəssüf ki, bu məscidlərin bir çoxu dağıdılıb və bəzilərinin yerlərini müəyyənləşdirmək belə mümkün deyil”.
T.Novruzov diqqətə çatdırıb ki, ərazidə skanlama və tədqiqat işləri aparılıb, bu işə həm yerli, həm də beynəlxalq mütəxəssislər cəlb olunub:
“Onlar hər ay əraziyə səfər edir və bərpa işləri ilə bağlı rəy bildirirlər. Hazırda onlar ICOMOS Azərbaycan ilə birgə bu bərpa prosesi ilə bağlı məlumat kitabçasının nəşri üzərində işləyirlər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:47 / 17.04.2025
Şuşada indiyədək neçə abidə bərpa olunub?
Hazırda oxunan: Şuşada indiyədək neçə abidə bərpa olunub?
Hazırda oxunan: Şuşada indiyədək neçə abidə bərpa olunub?
244629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.