Bu şəxslərə sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK – XƏBƏRDARLIQ

Bu şəxslərə sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu şəxslərə sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK – XƏBƏRDARLIQ

244580

Son zamanlar ölkədə avtomobil qəzalarının sayı artır. Sürücülərin öz sağlamlıq vəziyyətlərinə ciddi yanaşmamasının hansı təhlükəli nəticələrə yol açdığı hər birimizə bir daha bəlli oldu.
 

Məlumdur ki, nəqliyyat vasitəsini idarə etmək yalnız texniki bilik və təcrübə ilə kifayətlənmir — bunun üçün həm də sürücünün fiziki və psixoloji cəhətdən tam sağlam olması zəruridir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tibbi göstəricilər əsasında bəzi hallarda vətəndaşlara sürücülük vəsiqəsi verilməsi mümkünsüz hesab olunur.


Bəs, hansı xəstəliklərə və tibbi göstəricilərə sahib şəxslərə sürücülük vəsiqəsi verilmir?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizim.Media-ya danışıb.

“Səhiyyə Nazirliyi tərəfindən xüsusi qaydada tərtib olunmuş  göstəricilərə aiddir:

psixi və davranış pozuntuları, sinir sisteminin xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri, tənəffüs,  diabet, kəskin, böyrək çatışmamazlıqları, narkoloji durum  və sair.

Bu xəstəliklər olduqda şəxslərə sürücülük vəsiqəsi verilmir. Vəsiqə almaq istəyən şəxslər - xüsusilə hər gün daha çox vətəndaşla çalışan taksi, avtobus sürücüləri müəyyən forma və normativlərə əməl etməlidirlər. Onlar mütləq qaydada tibbi yoxlanışdan keçməlidirlər”, - deyə o vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO