Gənc oğlanın boynuna küt alətlə zərbə endirdilər

Gənc oğlanın boynuna küt alətlə zərbə endirdilər

Hazırda oxunan: Gənc oğlanın boynuna küt alətlə zərbə endirdilər

244575

Gəncədə 18 yaşlı gənc naməlum şəraitdə və naməlum şəxslər tərəfindən döyülüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsi adlanan ərazisində baş verib.

2007 - ci il təvəllüdlü Hüseyn Əliyev boyun nahiyyəsinin xəsarəti ilə şəhərdəki xəstəxanalardan birinə yerləşdirilib.

Zərərçəkənin hansısa küt alətlə xəsarət aldığı ehtimal olunur. 18 yaşlı gəncin kim tərəfindən döyüldüyü və hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO