Aprelin 17-də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:08 / 17.04.2025
Bu gün də yağış yağacaq? – PROQNOZ
Hazırda oxunan: Bu gün də yağış yağacaq? – PROQNOZ
Hazırda oxunan: Bu gün də yağış yağacaq? – PROQNOZ
244574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.