Bakıdan Zaqatalaya toya gedən 35 yaşlı kişi dəm qazından öldü

Bakıdan Zaqatalaya toya gedən 35 yaşlı kişi dəm qazından öldü

Hazırda oxunan: Bakıdan Zaqatalaya toya gedən 35 yaşlı kişi dəm qazından öldü

244558

Bakıdan Zaqatalaya toya gələn 35 yaşlı kişinin meyiti qohumunun mənzilində aşkarlanıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə qeydə alınıb.
 

Əslən Zaqataladan olan, Bakı şəhərində yaşayan 35 yaşlı Anar Abdullayevin meyiti qohumuna məxsus mənzilin hamamının qarşısında aşkar olunub.


Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

A.Abdullayev üç gün öncə yaxın qohumlarının toy məclisində iştirak etmək üçün Bakıdan Zaqatalaya gəldiyi, dünən toyda iştirak etdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO