"Özündə olmayıb" üç dəfə oğurluq etdi

"Özündə olmayıb" üç dəfə oğurluq etdi

Hazırda oxunan: "Özündə olmayıb" üç dəfə oğurluq etdi

244554

Üç epizod üzrə oğurluq cinayətində təqsirləndirilən şəxs məhkəmədə hadisəni törədərkən özündə olmadığını bildirib.

Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, X.C. Səbail rayonunda iki fərdi yaşayış evindən oğurluq edib.

Birinci hadisədə o, 600 manat dəyərində qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən mənzilin sahibi ilə üzləşib və onu itələyərək yerə yıxıb.

İkinci hadisədə isə 3700 manat pul oğurlayıb. X.C. əvvəlcə hasardan tullanaraq həyətə daxil olub. Daha sonra isə həyətdən tapdığı əşya ilə mətbəxin pəncərəsini sındıraraq evə daxil olub.

Üçüncü oğurluq hadisəsi isə IDEA ictimai çimərliyində baş verib. X.C. avtomobillər üçün ayrılmış duracaqda saxlanılımış "QazEl" markalı maşından 685 manat pul oğurlayıb.
 

Cinayət işinin məhkəmə istintaqında X.C. bildirib ki, pul və qızıllar ilə nə etdiyini xatırlamır. O, ümumiyyətlə hadisələri törədərkən özündə olmadığın deyib. Bununla belə, X.C. verilmiş ittiham üzrə özünü təqsirli bilib.


O, məhkəmənin hökmü ilə beş il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO