Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib.
Hərəkətdə olan VAZ-2106 markalı minik avtomobili ilə VAZ-21015 markalı avtomobil toqquşub.
Hadisə nəticəsində Zərdab rayon sakini, 1997-ci il təvəllüdlü Gülnar Azər qızı Hüseynova müxtəlif xəsarətlər alıb. Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu