Dəmir yollarında hava ilə əlaqədar yaranan çətinliklər aradan qaldırıldı

Dəmir yollarında hava ilə əlaqədar yaranan çətinliklər aradan qaldırıldı

Hazırda oxunan: Dəmir yollarında hava ilə əlaqədar yaranan çətinliklər aradan qaldırıldı

244523

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
 

Məlumata görə, şəhər saatlarında güclü külək və aramsız yağış səbəbindən ağacın kontakt şəbəkənin üzərinə aşması, bəzi sahələrdə su yığılması və elektrik enerjisinin kəsintisinə görə gecikmələr olsa da, ADY bütün resurslarını səfərbər edərək yaranmış çətinliklərin aradan qaldırılmasını təmin edib.


"Ərazilərə əlavə işçi qüvvəsi, su nasosları və müvafiq avadanlıqlar cəlb edilərək operativ tədbirlər görülüb. Gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən ADY-nin əməkdaşları tərəfindən bütün ərazilərə nəzarət edilir", - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO