Şabranda Şabrançaya gəIən güclü seı nəticəsində ərazidən keçən yük qatarlarının hərəkətinin dayandılması barədə məlumat vermişdik.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin əməkdaşı Bəxtiyar Hacıyev Bizim.Media-nın sorğusuna cavabında faktı təsdiqləyib.
Bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq Şabranda yük qatarlarının hərəkətində qismən məhdudiyyətlər yaranıb.
*** 17:53
Şimal bölgəsində çaylarda suyun səviyyəsinin normadan bir neçə dəfə artması nəticəsində fəsadların yarandığını xəbər vermişdik. Həmçinin Şabran rayonunun Bor-bor kəndinin sel suları altında qaldığını bildirmişdik.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sözügedən fəsadlardan biri də Bor-bor kəndinin yaxınlığından keçən dəmir yolu xəttində baş verib. Sel suları altında qalan dəmir yolundan istifadə müvəqqəti dayandırılıb. Artıq bir neçə saatdır ki, yük qatarlarının hərəkətinə məhdudiyyət qoyulub.
Məsələ ilə bağlı yeri icra qurumlarından bildirilib ki, təbii fəlakət nəticəsində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində ərazidə operativ işlər aparılır. Yük qatarlarının hərəkətinə məhdudiyyət qoyulması isə təhlükəsizlik tədbirləri ilə bağlıdır. Hazırda ərazidə müvafiq işlər davam etdirilir.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu ünvanlanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:40 / 16.04.2025
ADY: Şabranda yük qatarlarının hərəkəti qismən məhdudlaşdırılıb - YENİLƏNİB
Hazırda oxunan: ADY: Şabranda yük qatarlarının hərəkəti qismən məhdudlaşdırılıb - YENİLƏNİB
Hazırda oxunan: ADY: Şabranda yük qatarlarının hərəkəti qismən məhdudlaşdırılıb - YENİLƏNİB
244499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.