Metrodan istifadə edən sərnişinlərin sayı niyə AZALIB?

Metrodan istifadə edən sərnişinlərin sayı niyə AZALIB?

Hazırda oxunan: Metrodan istifadə edən sərnişinlərin sayı niyə AZALIB?

244496

Bu ilin I rübündə Azərbaycanda metro nəqliyyatından istifadə edənlərin sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Qurumun məlumatına görə Bakı metrosundan 52,8 milyon nəfər istifadə edib ki, bu da sərnişin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz azalması deməkdir.

Bildirilib ki, bu ilin yanvar-mart aylarında nəqliyyatçılar ümumilikdə 472,1 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Bəs metrodan istifadə edənlərin sayı niyə azalıb?

Bu barədə Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu, son illər avtobus parkının yenilənməsi və bu istiqamətdə görülən işlərlə bağlıdır:

“İnsanların həm ictimai nəqliyyatda, həm də şəhərlərarası səfərlərdə avtomobil nəqliyyatına, yəni avtobuslara daha çox üstünlük verməsinin əsas səbəbi ölkəyə gətirilən avtobuslarının sayının artması və bu sahədə son illər aparılan işlərdir. Biz artıq görürük ki, Bakı Beynəlxalq Avtovağzalında da səliqə-sahman yaradılıb, nizam-intizam var. Əvvəlki özbaşınalıqlar yoxdur. Həmçinin, daha müasir avtobuslarla təchiz olunub, daha müasir sərnişindaşıma sistemi həyata keçirilir. Belə olan halda vətəndaşlar şəhərlərarsı səfərlərində artıq fərdi nəqliyyat vasitəsindən yox, avtobusdan istifadə edirlər.

İctimai nəqliyyatın özündə də iki ildən çoxdur ki, marşruta buraxılan avtobusların sayı artırılıb. Xüsusilə, ekoloji cəhətdən təmiz elektrobusları, sıxılmış qazla işləyən digər avtobusları da qeyd edə bilərik. Bu avtobuslar həm dövlət xətti ilə, həm də özəl şirkətlər tərəfindən gətirilərək marşruta buraxılırlar. Belə olduqda ictimai nəqliyyatdan istifadə edən vətəndaş intervalın azaldığını nəzərə alıb avtobuslara üstünlük verir”.

O bildirib ki, Bakı metrosu istifadəyə verilərkən bu sayda insanın daşınması nəzərdə tutulmayıb:

“Bakı Metropoliteni”o zaman bu üslübda tikilib, hazırlanıb və fəaliyyətə başlayıb. Sadəcə, metronun potensialı hara qədərdirsə, ora qədər sərnişin daşıya bilir. Metronun sərnişindaşıma potensialını artırmaq üçün plan mövcuddur və artıq işlərə başlanılıb. Metronun yeni depoları, yeni tunelləri və stansiyaları tikilir. Həmçinin, köməkçi depo və stansiyalar da olacaq ki, stansiyalarda qatarlar sərbəst hərəkət edə, dövr edə bilsinlər. Bu zaman həmin xəttə buraxılan qatarların sayı da artırıla biləcək, bu da qatarlar arasında intervalı azaldacaq. Yəni bu proseslər artıq gedir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO