“Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
Onun sözlərinə görə, dəmir yolunun Ələtdən Osmanlı (Sabirabad) istiqamətinə olan hissəsində cüt xətli dəmir yolunun yenilənməsi işləri aktiv davam edir:
“Osmanlıdan da Astaraya qədər işlər aparılır. Toplam uzunluq 243 kilometr təşkil edir. Ələt-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir”, - deyə sədrin müşaviri əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:56 / 16.04.2025
Ələt-Astara dəmir yolu xəttinin tikintisi 2027-ci ilə qədər tamamlanacaq
Hazırda oxunan: Ələt-Astara dəmir yolu xəttinin tikintisi 2027-ci ilə qədər tamamlanacaq
Hazırda oxunan: Ələt-Astara dəmir yolu xəttinin tikintisi 2027-ci ilə qədər tamamlanacaq
244479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.