Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir? 

Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir? 

Hazırda oxunan: Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir? 

24447

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən kafe-restoranlar yeni fırıldaq metodundan istifadə etməyə başlayıblar. Göstərdikləri xidmətlə bağlı heç bir güzəşt təqdim etməyən restoran müştəriyə təqdim etdiyi hesabın üzərinə ümumi məbləğin 10 -15 faizini də əlavə edir.

Maraqlıdır ki, “ofisiant payı” adı altında müştərinin cibinə girən restoran xeyli qazanc götürdüyü halda əlavə xidmət haqqını nəyə görə tələb edir?

Buna bənzər hal paytaxtın Pizza Inn restoranında yaşanıb. Sifarişdən sonra müştəriyə təqdim olunan hesab qəbzindən əlavə qeyri-rəsmi olaraq xidmət haqqı istənilib. Müştəri “ofisiant payı” olaraq masa xidmətçisinə 5 manat uzatsa da, “ofisiant” məbləğlə qane olmayıb və etdiyi servis qarşılığında 10 manat istəyib. Təxminən 50 manatlıq hesab ödəyən müştəri “ofisiant”ın qəlbini qırmayaraq, istədiyi məbləği ona verib. 

Müştərinin əlavə verdiyi “çayevoy”un restoran sahibi və ya masa xidmətçisi tərəfindən tələb edilməsi isə gizli qalıb. 

Sosial şəbəkələrdəki paylaşımlardan da məlum olur ki, bu durum son zamanlar dəb halını alıb.

Təqdim edilən son hesab qəbzlərinin hissəsindəki "servis" haqqı adı ilə müştəridən ümumi hesabın 10-15 faizi tələb olunur. Bu da onu deməyə əsas verir ki, restoran sahibləri işçilərin maaşını da müştərilərə ödətdirir.

Baş verənlərlə bağlı Pizza Inn restoranı ilə əlaqə yaratdıq. Əvvəlcə sualımızı dinləyən restoran rəsmisi daha sonra “jurnalistin bu işə nə aidiyyəti” deyib, məkanda səlahiyyətli şəxs olmadığnı əsas gətirib.

Xatırladaq ki, onsuzda bu cür restoran və kafelərdə yeməklər şəhərin digər yerlərindən 2 dəfə bahadır.

Kiçik bir hesab aparaq:

Tutaq ki, bir ofisant gün ərzində 20 masaya xidmət göstərir, orta hesabla hər masa 50 manatlıq hesab verərsə, bunun da üstünə hesab qəbzində göstərilən 10 faiz “servis haqqı” gələrsə, bu günə bir restoran xidmətçisinin 5 manatdan 100 manat qazanması deməkdir. Bu minimal barmaq hesabıdır. Bu da ayda 3000 manat edir. Siz heç 3000 min manat maaş alan ofisant görmüsünüzmü?

Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Eko Turizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Bizim.Media-ya açıqlamasında deyib ki, restoran biznesində xidmət servisi normal bir təcrübədir ki, bundan çoxsaylı ölkələr istifadə edir.

O, haqq qazandırıb ki...

“Yəni xidmət haqqının hesaba daxil olması yemək və içkidən sonra müəyyən faizlə hesablanır. Adətən bu, bizim ölkədə 5-10 faiz arası dəyişir. Amerikada bu, bir qədər çoxdur. Avropada bizdəki kimidir. Hər halda bu təcrübə var. Amma sizin təqdim etdiyiniz şikayətə görə müştəridən xidmət haqqının şifahi istənilməsi heç də düzgün deyil. “Çay pulu” adlanan bu xidmət haqqının ödənilməsi müştərinin öz qərarıdır. Özü hesabın 5-10 faizini istədiyi halda çox və ya ondan 3 dəfə artıq restoranda saxlaya bilər. Bu, müştərinin qərarıdır. Ondan əlavə xidmət haqqı olaraq bu formada pul tələb etmək düzgün deyil”.

Samir Dübəndi tövsiyyə edib ki, yaxşı olar ki, müştəri qeyd olunan olayla bağlı hesab qəbzi ilə Otellər və Restoranlar Assosiasiyasına müraciət etsin:

“Çox güman ki, müştəriyə hesab təqdim olunub. Hesabla yanaşı masa xidmətçisinin adı da olsa, məsələni araşdırmaq və xoşagəlməz durumu ortadan qaldırmaq mümkündür. Hər halda bu məsələdə həll yolu tapmaq lazımdır ki, müştəri narazı qalmasın. Həmçinin sözügedən müəssisənin hüquq və mənafeyi var ki, onu da yaddan çıxarmaq olmaz”, deyə Samir Dübəndi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO