Ağsuda aşan ekskavatorda xəsarət alanların kimliyi AÇIQLANDI

Ağsuda aşan ekskavatorda xəsarət alanların kimliyi AÇIQLANDI

Hazırda oxunan: Ağsuda aşan ekskavatorda xəsarət alanların kimliyi AÇIQLANDI

244467

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bunlar 43 yaşlı Qazax rayon sakini Bəxtiyar Abdullayev, 33 yaşlı Cəbrayıl rayon sakini Elnur Salahov, 37 yaşlı Gədəbəy rayon sakini Bəxtiyar Qasımovdur.

Onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətləri nisbi stabil qiymətləndirilir.

Qeyd edək ki, Kalva kəndi ərazisində qeydə alınan hadisədə ekskavatorun içində olan 4 nəfər olub. Onlar biri – sahə rəisi hadisə yerindəcə həyatını itirib. Ölən və yaralananlar Muğanlı-İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləridir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO