Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürüldü

Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürüldü

Hazırda oxunan: Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürüldü

244464

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə müraciət edilib.

Bizim.Media xəbər verir ki, vəsatət Nizami rayon Məhkəməsində icraata götürülüb.
 

Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO