Dünən axşam saatlarında Masallı rayonun Məmmədoba - Tuado yolunun kənarı ilə axan Çaykəş çayından axıb keçən bir kisə kitab tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yerli sakinlərin sözlərinə görə kitablar ərəb qrafikasındadır və olduqca köhnədir.
İlkin araşdırmalara görə kitablar yerli din xadimləri kitablarının dini ədəbiyyat olduğu və ən azı 19-cu əsr nəşr tarixinə malikdir. Kitablar Masallı sakini Rauf Cəbiyev tərəfindən çaydan çıxarılıb.
Yerli sakinlərin verdiyi məlumata görə çaydan daha bir neçə bu tipli kisə bağlama keçib gedib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu