Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərərvurmada və əzab vermədə təqsirləndirilən M.Zalovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, M.Zalov 2006-cı ildən 2023-cü ilədək həftənin müxtəlif günlərində, günün müxtəlif saatlarında mütəmadi olaraq köməksiz vəziyyətdə olan arvadı, zərərçəkmiş M.M.-i (adı və soyadı şərtidir) güclü fiziki ağrı verməklə intensiv və davamlı olaraq yumruq, təpiklə vuraraq döyüb. Eyni zamanda, o, qadına qarşı zorakı hərəkətlərlə güclü fiziki ağrı və iztirablar verib
Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs 2023-cü il fevralın 5-də, saat 15 radələrində Xaçmaz rayonunda yerləşən evində stolun üzərinə qoyulmuş süfrənin altında saxladığı 70 manat pulun 20 manatını tapa bilməyib. M.Zalov azyaşlı oğlunun gözləri qarşısında əsassız yerə arvadı M.M.-i ondan xəbərsiz həmin pulu götürməkdə günahlandırıb. O bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qadının ona irad bildirməsini hörmətsizlik kimi qəbul edib. Sonra təqsirləndirilən şəxs ona tutulan iradın və pulun tapılmamasını cüzi səbəb kimi bəhanə edərək zərərçəkmiş şəxsin bir neçə dəfə başından, sifətindən və burnundan qəsdən yumruqla vurub. Bu zaman qadın yıxılıb və M.Zalov bundan istifadə edərək ayağı ilə arvadının sağ əlini əzib, burun sümüyünü sındıraraq, ona sağlamlığa az ağır zərər yetirib, habelə zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab verib.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə M.Zalov 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. M.Zalov 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:44 / 16.04.2025
Arvadını 17 il döyən şəxs məhkəmə zalında həbs edildi
Hazırda oxunan: Arvadını 17 il döyən şəxs məhkəmə zalında həbs edildi
Hazırda oxunan: Arvadını 17 il döyən şəxs məhkəmə zalında həbs edildi
244434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.