Sabunçu tuneli yağış sularından belə təmizlənir – FOTO/VİDEO

Sabunçu tuneli yağış sularından belə təmizlənir – FOTO/VİDEO

Hazırda oxunan: Sabunçu tuneli yağış sularından belə təmizlənir – FOTO/VİDEO

244431

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.

Bizim.Media xəbər verir ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub.
 

Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.


Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət Nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb.

Videoda ötən ilin oktyabrında iki nəfərin boğularaq öldüyü Sabunçu rayonu ərazisindəki tunel də yer alıb. Videodan aydın olur ki, hazırda orada da suyun çəkilərək kənarlaşdırılması işləri aparılır.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO