Güclü külək Bakıda 55 ağacı sındırdı - RƏSMİ/FOTO

Güclü külək Bakıda 55 ağacı sındırdı - RƏSMİ/FOTO

Hazırda oxunan: Güclü külək Bakıda 55 ağacı sındırdı - RƏSMİ/FOTO

244404

Bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çoxunun budaqları qırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi yayıb.
 

Qeyd edilib ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.


Birlikdən bildirilib ki, hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib", - məlumatda qeyd olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO