Sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNDU

Sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNDU

Hazırda oxunan: Sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNDU

244403

Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
 

Buna səbəb güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi halların qeydə alınmasıdır.



Qeyd olunub ki, ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:

“Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO