Bakıda taksilərin qiyməti ARTDI: 60 manat...

Bakıda taksilərin qiyməti ARTDI: 60 manat...

Hazırda oxunan: Bakıda taksilərin qiyməti ARTDI: 60 manat...

244379

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir.
 

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi.


Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb.

Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO