Sürücülərin diqqətinə! Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu

Sürücülərin diqqətinə! Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu

Hazırda oxunan: Sürücülərin diqqətinə! Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu

244370

Paytaxt ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

1. Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib;

2. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub;

3. Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO