Təcili yardım radara düşdü, cərimə başqa sürücüyə yazıldı - VİDEO

Təcili yardım radara düşdü, cərimə başqa sürücüyə yazıldı - VİDEO

Hazırda oxunan: Təcili yardım radara düşdü, cərimə başqa sürücüyə yazıldı - VİDEO

24436

Qayda pozmayan sürücü kamera vasitəsilə cərimələnib. 

Bizim.Media xəbər verir ki, bu barədə sürücü Avtosfer.az saytına protokola aid foto və videonu göndərib.

Məlumata görə, sürücü Əhmədiyə Abdurahmanov idarə etdiyi 99-HB-955 qeydiyyat nişanlı “Ford” markalı avtomobillə iyunun 9-u Ağsu-Ağdaş yolunun 184.9 km-də sürət həddini aşmadan hərəkət edərkən yanından yüksək sürətlə təcili tibbi yardım avtomobili keçib.

Lakin xüsusi texniki vasitə onun barəsində 3 bal 150 manat məbləğində cərimə protokolu tərtib edib. Videogörüntüdən də aydın şəkildə görünür ki, sürət həddini təcili tibbi yardım avtomobili aşıb.

Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücünün etdiyi şikayətlə bağlı araşdırmaya başlayacaq.

Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO