Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 8-nə təyin edilmiş iclasında baxılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:51 / 16.04.2025
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası KEÇİRİLDİ
Hazırda oxunan: Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası KEÇİRİLDİ
Hazırda oxunan: Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası KEÇİRİLDİ
244351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.