Bu linklərə daxil olmayın - XƏBƏRDARLIQ

Bu linklərə daxil olmayın - XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu linklərə daxil olmayın - XƏBƏRDARLIQ

244341

“Hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gələn SMS-lərin yönəldici mesajlarının tələblərinə, istəklərinə, vədlərinə əməl etmədən rədd etməli, bloklamalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev “Facebook” hesabında paylaşım edib.

E. Hacıyev sözügedən smslərin siyahısını da qeyd edib:

“Bank hesabınız təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Zəhmət olmasa proseduru yenidən başladın. //….bank”;

“Bank hesabınızın təhlükəsizliyini gücləndirmək, kart istifadəsini müvəqqəti dayandırmaq və ya davam etdirmək üçün //…..bank”;

“Bank kartınızın təhlükəsizliyi üçün kilidləyin. //…..bank”;

“Üçüncü tərəfdən bank hesabınıza icazəsiz giriş aşkar etdik. Zəhmət olmasa yoxlayın. //….bank”;
 

“Biz müştərilərimizlə elektron poçt, birbaşa poçt və s. vasitəsilə onların qeydiyyatdan keçdiyi müxtəlif məlumatların aktual olub-olmadığını yoxlayacağıq. İstifadə üçün burada yoxlayın. //…..bank” və s.


SMS-lərdə göstərilən internet URL-ə daxil olmayın:

“Daxil olduğunuz anda mobil telefonda olan məxfi məlumatlar, hesablar, telefon yaddaşı ələ keçiriləcəkdir. Diqqətli olun, hansısa bankın adında təkrar və qarışıq aldadıcı hərf-simvol qoyulmaqla sizi çaşdıra, yanılda bilərlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO