II YAZI
Hüseyn Cavid cəmiyyətə layiq insan tərbiyə edib böyüdən müəllimlərin özləri qarşısındaxa0 böyük tələblər qoyur və göstərir ki, əgər tərbiyəçi—müəllim özü şəraiti fərqləndirə bilmirsə, bildiyini təlim edə və öyrədə bilmirsə, müəllimlik məharətinə qadir deyilsə, bir sözlə, istedadsızdrsa, onun nəzəriyyəsi heç bir fayda verməz.
O, ailə tərbiyəsi ilə məktəb tərbiyəsini vəhdətdə götürür. Qeyd edir ki, hər iki tərbiyə eyni qayə daşımalı, biri o birini möhkəmləndirməlidir.xa0 Tərbiyənin müxtəlifliyi uşaqların xarakterini dəyişdirir, onları yarımçıq adam edir.xa0 Burada söhbət məktəb tərbiyəsi ilə ailə tərbiyəsinin eyniliyindən gedir. Yenə də şair bütün məsuliyyəti müəllimin üzərinə qoyur.xa0 Bacarıqlı, işinin həqiqi ustası olan müəllim bu uyğunsuzluğu da aradan qaldıraxa0 bilər.
Hüseyn Cavid bu münasibətlə belə yazır: “ Lakin bir çox həriflər də var ki, məzkur şəraiti öyrənir də tətbiq edə bilmir, yenə zəhmətləri nəticəsiz qalır,çünki hər məsləkdə olduğu kimi, təlim və tərbiyə üçün də hər müəllimdə azacıq istedad bulunmalıdır. Yoxsa çox da fayda verməz. Ev tərbiyəsi ilə məktəb tərbiyəsinin hər ikisi çocuqlardaxa0 dürlü-dürlü təsirlər bağışlar, bir çocuq evdə ata-ana tərbiyəsi sayəsində xəluq, çalışqan, mütəşəbbis bir qəhrəman olduğu halda, məktəbə davam edər-etməz əxlaqı, təbiəti büsbütün dəyişir, fəna, uyğunsuz bir hal kəsb etmiş olur.
Bu halı törədən xassə isə yoldaşlarından, arkadaşlarındanxa0 aldığı əxlaqlar, müəllimlərdə, mürəbbilərdəxa0 gördüyü əhəmiyyətsizliklərdir və bu təsirlərinxa0 ən əhəmiyyətlisi də yenə müəllimlərə race edir.xa0 Müəllimlər tərbiyədən anlayanlar olsalar, şübhəsiz, nə məktəbdə, nə də məktəblilərdə müzürr əxlaq, fəna təbiətlər bulunmaz.
Hüseyn Cavid ailə və məktəb tərbiyəsi haqqındaxa0 mülahizələrini bitirərək, insanı alçaldan, onu ölümə, rüsvayçılığa sürükləyən, mənlik və heysiyyətinin ayaqlar altına düşməsinə səbəb olanxa0 bir cəhətdən də uzaq olmağa çağırır ki, o daxa0 nəfsdir—ağla, düşüncəy , iradəyə üstün gələn ifrat arzu, həvəs və tamahdır.xa0 Nəfs tərbiyə olunmağa qabildir, lakin onun sahibi fövqəladə mətanətə, iradəyə malik olmalıdır.xa0 Nəfs barəsində Hüseyn Cavidxa0 belə deyir: “ Yalnız mühiti-ümumixa0 təsirindən yaxanı qurtaracaqxa0 bir müyəssər var ki, ona da nəfs deyilir.xa0 Nəfs əksəriyyət ilərki tərbiyələrəxa0 tabe olmaqdan varəstə ola bilməz, lakin mətanəti-fövqəladəyəxa0 malik olan insanlarda isə daima qabili-təhəvvül, daima qabili-islahdır”.
Hüseyn Cavid xristianlarda mövcud olanxa0 təlim və tərbiyə üsulunu müsəlmanlardakı təlim və tərbiyə üsulu ilə müqayisə edir. Birinciləri təqdir, ikinsiləri tənqid edir.Göstərir ki, xristianların tərbiyə və təlim sistemi iləxa0 yetişən hər bir insan dövrünün həm sağlam, həm də elmli, bilikli, zirək və bacarıqlı, bir sözlə, hərtərəfli inkişaf etmiş, yetkin bir şəxsiyyətinə çevrilir.
Müsəlman ailələrində tərbiyə almış gənclər isə qorxaq, sadəlövh, hər hansı bir təşəbbüsdən uzaq, adamaqovuşmaz, dar düşüncəli, iradəsiz və zəif olurlar. Ona gərə də tərbiyə sisteminin özü təkmilləşdirilməli, mütərəqqi xarakter daşımalıdır. Dünyada baş verənlərlə maraqlanmaq lazımdır. Öz varlığına qapanıb qalmaq heç bir fayda verməz. Xeyirli, əhəmiyyətli cəhətləri, düşməndən də olsa, əxz etmək, öyrənmək lazımdır. Hüseyn cavid əfəndi bu münasibətlə yazır:xa0
“ Biçarə çöcuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qədər xurafat uçurumlarınaxa0 yuvarlanır gedir. Bir otaqdan digər otağa girəcək olsa, “damdabacalar” ilə qarxudulur. Başı açıq dişarı çıxacaq olsa, göydən başına adamcıl qurd dərisi düşər. Qaranlıq bir yerə getsə, cinlər, divlə təhdid edilir. Hasili ənva mövhumat iləxa0 zavallanan mənəviyyatıxa0 alt-üst olur.xa0 Otuz yaşına gəlsə beləxa0 o qorxunc kölgələri bir dürlü başından çıxarmaz olur.xa0 Ev tərbiyəsinin doğurduğuxa0 “ən gözəl tərbiyə”, “ən xoş əxlaq”—yalancılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorxaqlıq kimi bir para rəzil, murdarxa0 əxlaqsızlardan ibarətdir”.
Hüseyn Cavidə görə, belə vəhşi tərbiyədən, həyatdan heç bir xeyir götürmək olmaz. Bundan sonra Cavid xristianlarda mövcud olan ailə mühitini, ailə şəraitini təsvir edir: “xa0 Bir gavur çocuğuxa0 ana qucağında hənuz bir yaşında ikən yediyi qaletlərdən əlifbanı öyrənməyə başlar, ev divarına baxsa, hesab cədvəlləri görür, əmalı-ərbəənixa0 üç-dörd yaşında gülə-gülə , sevə-sevə öyrənir. Beş-altı yaşına varar-varmaz məktəb həvəsi ilə əl-ayaq vurmağa , çırpınmağa başlar.xa0 Məktəbə girdiyi zamanxa0 əxlaqı, dərsi, zəkası , həvəsi yerində olub, fəal mütəşəbbis, qəyur bir insan olmağa çalışır. Bir azdan sonra qarşınızdaxa0 iyirmi yaşında universitetdən məzun bir əfəndi bulursunuz, bir çox heyrətamiz baxışlarxa0 ilə süzdükdən sonra o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz.
İndi o istedad, o fövqəladəlik ona haradan gəldi? Yaxud allah-taala o zəka və istedadı onlaramı münhəsir etmişdir? Təbii, bunların heç birisi deyil. Yalnız qələbə və müvəffəqiyyət çalışanlarındır və çalışmaq yolunu bilənlərindir.”
Dünyanı dəyişdirmək qabiliyyətinə malik olan insanın qarşısında Hüseyn Cavid çox böyük tələblər qoyur. İnsan öz mənəviyyatını, özünü, vicdanını saflaşdırmalı, islah etməlidir ki, onun dediyi hər bir söz, verdiyi nəsihət gözəl səmərə, mühüm nəticə verə bilsin. İnsanın xarici aləmi də, daxili aləmi də gözəl olmalıdır. Onun sözü əvvəlcə ruhu ilə uzlaşmalıdır
Hüseyn Cavid insanın sözlərinin dəxa0 qiymətli, təsirli olmasını vacib sayır. “ Sözün təsirbəxş olması üçün, söz söyləyənin eyi qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olması icab edir” O göstərir ki, insanı ali məqamlara qaldıran, onu kəramət, ədalət və fəzilət sahibi edən, ona şan-şöhrət gətirən elmdir. Elmsiz adam heyvan mislindədir. Vəzifə elmə,xa0 biliyə yiyələnməkdən, ondan faydalanmaqdanxa0 və cəmiyyəti də bəhrələndirməkdən ibarətdir:
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 O kəs kim elmdən məhrum, cəhliyə ” fanatik”dir,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Demə insan o nadanə ki, bir heyvani-natiqdir.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Təkəllümdən səva bielmxa0 insanın tərcihi
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Ki, hər halətdə heyvan ilə hər halıxa0 müvafiqdirxa0
Cavid əfəndi insanı gözü-könlü tox, kiçik hisslərdən, insana nöqsan gətirən tamahdan uzaq görmək istəyir.xa0 “Hübuti-Adəm” əsərindəxa0 mütəfəkkir belə bir ibrətamiz nəticə çıxarır:Adəm öz nəfsini saxlaya bilmədiyi, tamah hissini cilovlamaqda acizlik göstərdiyi üçün cənnətdən qovuldu:
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Əmin ol, nerdə nəfs olmuşsa hakim,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Həqiqi eşqi məhv etmiş məzalim.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Kimin ülviysə ruhu, söz onundur,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Əsiri-nəfs olan daim zəbundur.
Dünyanın ən qiymətli varlığı olan insan var-dövlətə, eyş-işrətə uymamalı, ömrünü, həyatını insanlar üçün, gələcək nəsil üçün xeyirxah işlər görməyə, insan adına layiq ali məqamda dayanmağa sərf etməlidir.xa0 İnsan bir-birinin qanını sormamalı, onun bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmağa səy göstərməməlidir. Axı o, bu işlər üçün yaranmamışdır. İnsanın dünyaya gəlişinin mənası da qurmaq, yaratmaqdan ibarət olmalıdır.. İnsan mehriban, qayğıkeş, həlim təbiətli və səbirli olmalı, zəiflərə qarşı zalım olmamalıdır.
Şairxa0 “Öksüz Ənvər” əsərində qayğısız, rəhmdən uzaq bir qəlbə, zalım təbiətə malik olanxa0 müəllim obrazı yaradılmışdır. Anası öldüyü üçün bir həftə dərs buraxan kimsəsiz Ənvər dərs başlanan kimi müəllimin qəzəbinə düçar olur.Dərs buraxmasının səbəbini öyrənmək istəməyən müəllim bu yetim uşağı təpik altına salır.Sinifdə oturanların hamısının qəlbini titrədən sillə səsi müəllimə ləzzət verir.
Şair belələrinə qarşı nifrət bəsləyir və təəssüf hissi ilə qeyd edir ki, çocuqların taleyi belə müəllimlərə həvalə olunubdur:
xa0--- Ey!Çocuq, mənə bax!
xa0 xa0 xa0Sən iştə hankı cəhənnəmdə, söylə, nerdə idin?
xa0 xa0 xa0 Düşünmə, söylə!
xa0 xa0 xa0 Ah, dəni, yaramaz!
xa0 xa0 xa0 xa0Nasıl da bax, dalıyor, sanki tülküdür qırnaz!
xa0 xa0 xa0 Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
xa0 xa0 xa0 Tokatlayınca, çöcuq bircə kərə hıqqırdı,xa0
xa0 xa0 xa0“Aman, vay annəciyim!”..sonra qəşş olub getdi.
xa0 xa0 xa0 xa0Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.
Müəllifə görə, insan hər cür şəraitdə şərəfini, mənliyini gösləməlidir, zülmə, haqsızlığa etiraz səsini qaldırrmalıdır. İnsan adı çox ulu və müqəddəsdir.Bu ada ləkə, nöqsan gətirməməkxa0 üçünxa0 onuxa0 xa0qiymətləndirməyi bacarmalısan.
İzzəti-nəfs sahibi keçmişinixa0 xəyalına gətirməli, sabahı üçün yaşamalıdır.xa0 Şair göstərir ki, insan yalnız cəmiyyət daxilində insandır. Onun gücü də, qüdrəti də, mənliyi və şərəfi də cəmiyyət içərisində, insanlar arasında öz mənasını saxlayır, cəmiyyətdən kənar insan heç şeyə qadir deyil, olduqca zəif və gərəksiz bir şeydir:
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Arxadaş, yoldaş! Ey vətəndaş, oyan!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Yatma artıq, yetər...Dəyişdi zaman,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Sıyrılır, bax, yavaş-yavaş zülmət
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Barı dan yıldızından al ibrət!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Azacıq varsa hissü vicdanın,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Qalx, oyan!Sönməmişsə imanın.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Qalx, oyan! Gör nə fikrə xadimsən?
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Kimlərin oğlusan? Nəsən?xa0 Kimsən?
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Sürülüb durma böylə, bir yüksəl!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Əcəba yoxmu səndə izzəti-nəfs?xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Nə idin? İmdi nerdəsən? Bu nə yəs?
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Bax da bir an təsəvvür et yarını,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Daha sürətlə at addımlarını!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Kim baxıb dursa bil ki, qeyb edəcək,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Ayaq altında məhv olub gedəcək.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Sürüsündən kənar olan quzunu
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Canavar parçalar görüb də bunu.
Hüseyn Cavid qeyd edir ki, ümumiyyətlə, insan böyük idrak sahibi olmalıdır. İnsanın qiyməti hansı ideala xidmət göstərməsindən asılıdır. İnsan həmişə böyük olmalıdır, idealı da müqəddəs, ali və yüksək olmalıdır:
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Çox əzildin, yetər, ər oğlu ər ol!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Çırpınıb çareyi-xilas ara, bul!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Qoşaraq nura , cəhli et pamal.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Həp sənindir şərəf, ümid, iqbal.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Şaşdırıb durma böylə...aydın
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 İdeal arxasınca qoş, çırpın!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0İdealsız nicat ümidi-məhal.
İnsanı yaşadan idealdır. Böyük, ulu ideal fəqət kamil insanda, özünüdərk səviyyəsinə yüksəlmiş insanda təzahür edər. İdeal ən ülvi, yüksək və ali məqsəddir. Məqsədin aliliyi, ülviliyi də insana xidmət etməsindədir. İnsan beynində yaranan idealınxa0 qiyməti yenə də insanın özünə münasibətinin dərəcəsindən asılıdır. İdealı olmayan insan həyatda nicat tapa bilməz.
Yaşamaq bütün canlılara xasdır. İdeal isə ancaqxa0 insana məxsus keyfiyyətdir.xa0 Ona görə də şair varlıqlar içərisindəxa0 insana xüsusi yer verir və onu yüksək ideallar uğrunda mübarizəyə səsləyir.
Hüseyn Cavid qeyd edir ki, paxıllıq, təkəbbürlülük insan adına layiq olan əlamətlər deyil, əksinə, insanı alçaldan, ona zərər gətirən cəhətlərdir. İnsan belə kiçikxa0 və cılız hisslərdən həmişə yüksəkdə durmalıdır. Başqasının fəlakətinə, bədbəxtliyinə sevinmək insanı uca adından məhrum edən əlamətdir:
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Sevinmə başqasınınxa0 hali-pürsəfalətinə,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Toxunma qəlbinə bikəslərin, zavallıların.
İnsan zəiflərə, fəlakətə düçar olanlara, kimsəsizlərə gülməməlidir, əksinə, onlara yardım əli uzadıb belələrinə əl tutmalıdır, qayğı göstərməlidir. Kimsəsizlərə, köməksizlərə rəhm etmək, küskün və məhzun bir qəlbi sevindirmək hər bir adamın insanlıq borcudur.xa0
Böyük mütəfəkkir təəssüf və nifrətlə bildirir ki, iyirminci əsrinxa0 istedadlı, alim oğulları, eyni zamanda, zalım və despotdurlar. Bu keyfiyyətlər bir-birinin tam əksini təşkil edirlər. Alimlik ilə zalımlıq bir adamda cəmləşə bilməz. Bunlardan hər biri ayrılıqda götürülmüş bir adamda mövcud ola bilər.Hər iki cəhəti özündə birləşdirən insan yalnız ikiüzlü, hiyləgər, alçaq bir varlıqdır. İnsana alilik və alimlik xasdır. Ən uca varlıq olan mələk insana baş əymədiyi, ona səcdə etmədiyi üçün haqqın dərgahından qovularaq “şeytan”adını aldı.Bütün zalım və alçaq adamlarxa0 həmin şeytanın törəmələri, onun çirkin əməllərinin məhsuludur Şair də demək istəyir ki, yüksək mənsəbə malik olan insan alçalıb həmin şeytana qul olmamalıdır:
Bütün yirminci əsrin müstəbid övladı həp alim...
Bütün yirminci əsrin müstəbid övladı həp zalim..
Əyilməzkən mələk insanə, olmuş aqibət şeytan.
Nədən şeytanə əbd olsun bu gün ali nijad insan?
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Müstəqilxa0 Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə
tarixi şöbəsinin aparıcı elmi işçisi, f.ü.fəlsəfə
doktoru, Qabaqcıl Maarif Xadimi






























































































