Azərbaycan əhalisinin yaxın 5 ildə gəlirləri və xərcləri üzrə PROQNOZLAR

Azərbaycan əhalisinin yaxın 5 ildə gəlirləri və xərcləri üzrə PROQNOZLAR

Hazırda oxunan: Azərbaycan əhalisinin yaxın 5 ildə gəlirləri və xərcləri üzrə PROQNOZLAR

244298

2029-cu ildə Azərbaycan əhalinin gəlirlərinin 123 milyard manata, xərclərinin isə 119,4 milyard manat çatması gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, 2026-cı ildə əhalinin gəlirləri 97,9 milyard manat, xərcləri 95,3 milyard manat, 2027-ci ildə əhalinin gəlirləri 105,7 milyard manat, xərcləri 102,8 milyard manat, 2028-ci ildə əhalinin gəlirləri 113,9 milyard manat, xərcləri 110,7 milyard manat olacaq.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan əhalisinin nominal gəlirləri 83 milyard 093,4 milyon manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 6,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 8 144 manata çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO