Şagirdləri döydüyü deyilən müəllimlə bağlı AÇIQLAMA - SƏS YAZISI

Şagirdləri döydüyü deyilən müəllimlə bağlı AÇIQLAMA - SƏS YAZISI

Hazırda oxunan: Şagirdləri döydüyü deyilən müəllimlə bağlı AÇIQLAMA - SƏS YAZISI

244261

Bakının Suraxanı rayonu 316 nömrəli orta məktəbdə müəllim Mehman Qurbanlının şagirdlərə fiziki şiddət göstərdiyi iddia olunur.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan tələbələri” səhifəsində səs yazısı yayılıb.

Valideynlərdən biri həmin müəllimin şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyini iddia edib. Onun sözlərinə görə, müəllim dərs zamanı şagirdləri “dubinka” ilə döyür, psixoloji təzyiqlər göstərir və ailə üzvləri ilə bağlı təhqiramiz ifadələr işlədir.

Məsələ ilə bağlı sözügedən təhsil müəssisəsindən bildirildi ki, məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar məktəbdaxili araşdırma aparılıb:

“Araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane etmir. Araşdırma zamanı məsələni doğuran səbəblər aydınlaşdırılıb, müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub.

Məktəb rəhbərliyi tərəfindən həmin uşaqların valideynləri məktəbə dəvət olunaraq onlarla görüş keçiriləcək.

Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb”.

Həmin səs yazısını təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO