Məmməd Musayev vəzifəsindən UZAQLAŞDIRILDI

Məmməd Musayev vəzifəsindən UZAQLAŞDIRILDI

Hazırda oxunan: Məmməd Musayev vəzifəsindən UZAQLAŞDIRILDI

244254

Məmməd Musayev "Aqrarkredit" QSC-nin rəhbərliyindən uzaqlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb

Bildirilib ki, bu gün "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub.

S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib.

Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO