Azərbaycanda havanın bir neçə gün yağıntılı keçəcəyi və temperaturun enəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Lakin aprelin 15-də Bakıda və 9 dağ rayonunda istilik mövsümü başa çatır.
Yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş istilik enerjisindən istifadə qaydaları haqqında qərara əsasən, 15 noyabr tarixində Azərbaycan Respublikasında istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır.
Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında isə istilik mövsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır.
Bəs hava durumu nəzərə alınmaqla istilik mövsümü uzadıla bilərmi?
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya açıqlamasında deyib ki, istiliyin verilməsinin müddəti bir neçə gün uzadılıb:
“Qazanxanalar və istilik məntəqələri daha bir neçə gün işləyəcək. Soyuq günlərdə istilik təminatı davam edəcək. Hansı müddətə qədər davam edəcəyi ilə bağlı konkret tarix müəyyən deyil”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:54 / 15.04.2025
Əhalinin NƏZƏRİNƏ – İstilik mövsümü UZADILDI
Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ – İstilik mövsümü UZADILDI
Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ – İstilik mövsümü UZADILDI
244249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.