Kürdəmirdə yağan yağış sular həyatı iflic edib. Şəhərin bəzi küçələrində gediş gəliş tamamilə bağlanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, axşamdan yağmağa başlayan leysan yağışları Kürdəmirdə fəsadlara yol açıb. Belə ki, yağış suları rayon ərazisində istər piyadalar istərsə də sürücülər üçün çətin anlar yaşadıb. Sel suları şəhərin əsasən Bakı prospekti, Şəhriyar, Əfqan Abdullayev və Xanlar küçələrini tamamilə bağlayıb.
Sakinlər evdən çıxmağa çətinlik çəkiblər. Şəhərdə kanalizasiya şəbəkəsinin düzgün işləməməsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, suyun çıxışı olmadığına görə küçələr dərhal yağış sularına qərq olur ki bu da öz növbəsində sakinlərin gediş gəlişinə çətin anlar yaşadır.
Hazırda aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub və suların ərazidən çəkilməsi istiqamətində zəruri işləri həyata keçirirlər.
Məsələ ilə bağlı Kürdəmir rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rauf Abışov yerli büromuza bildirib ki, hazırda yaranmış vəziyyətlə bağlı işlər gedir, əraziyə texnikalar cəlb olunub və günün sonuna qədər yaranmış problem aradan qalxacaq.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:20 / 15.04.2025
Kürdəmirdə yağış suları evlərə DOLUR – VİDEO
Hazırda oxunan: Kürdəmirdə yağış suları evlərə DOLUR – VİDEO
Hazırda oxunan: Kürdəmirdə yağış suları evlərə DOLUR – VİDEO
244227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.