Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə “Azərbaycan Dəmir Yolları” QSC (ADY ) bəzi sahələrdə qatarların sürət həddini endirib.
ADY-dən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.
“Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”, - ADY-nin məlumatında qeyd olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:44 / 15.04.2025
Qatarların sürət həddi ENDİRİLDİ
Hazırda oxunan: Qatarların sürət həddi ENDİRİLDİ
Hazırda oxunan: Qatarların sürət həddi ENDİRİLDİ
244192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.