Şəhid atasını aldadıb pulunu oğurladılar – VİDEO

Şəhid atasını aldadıb pulunu oğurladılar – VİDEO

Hazırda oxunan: Şəhid atasını aldadıb pulunu oğurladılar – VİDEO

244177

İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.

Bizim.Media xəbər verir ki, hadisə kənd sakini 85 yaşlı Şamil Məmmədovun başına gəlib.

Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.

Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.

Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılmaları istiqamətində müvafiq tədbirlər görülür.

Ətraflı “Xəzər Xəbər”in süjetini təqdim edirik:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO